Sıradaki içerik:

Azerbaycan Cumhuriyeti’nin Kurucusu: Mehmet Emin Resulzâde

e
sv

Bir Bədəndə İki Can

avatar

Ganire Paşayeva

  • e 0

    Mutlu

  • e 0

    Eğlenmiş

  • e 0

    Şaşırmış

  • e 0

    Kızgın

  • e 0

    Üzgün

(Okunma Süresi: 3 dakika)

Azərbaycan öz dədə-baba torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda mübarizə aparır. Bu mübarizədə xüsusi fərqləndiriləcək bəzi məqamları Siz, əziz oxucularla bölüşmək istərdim. Birincisi, Qarabağ yalnız mənəvi-tarixi baxımdan deyil, hüquqən də bizimdir. – Qarabağ bizim BMT tərəfindən, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış suveren ərazimizdir. Üstəlik, Qarabağı işğal etmiş Ermənistanın bütün ərazisi tarixi Azərbaycan torpağıdır – İrəvan, Zəngəzur, Göyçə və b… Biz ermənilərin tarixdəki ilk dövləti üçün paytaxt olaraq İrəvanı 102 il öncə, o dövrki mürəkkəb şərtlər daxilində ona görə güzəştə getməmişik ki, sonra yenə bizə torpaq iddiası qaldırsınlar. Tam tərsinə, məhz 102 il öncə Ermənistan öz üzərinə hüquqi-siyasi öhdəlik götürüb ki, daha heç vaxt Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcək. Amma o öhdəlik, demək olar, kağız üzərində qalıb və ermənilərin əlinə düşən bütün fürsətlərdən – əlbəttə, himayədarlarının ciddi dəstəkləri ilə yeni-yeni torpaqlarımızı özününküləşdirib, zəbt ediblər.

Keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin Azərbaycan Respublikasının tərkibindən çıxmaq yetkisi olmayıb – bu, keçmiş Sovetlər Birliyi Ana Yasasına görə də, bizim keçmiş və indiki Ana Yasamıza görə də qeyri-qanunidir və yolverilməzdir!

XX yüzilliyin mürəkkəb 90-cı illərinin çox mürəkkəb ictimai-siyasi proeseslərindən kəm-fürsətcə yararlanan Ermənistan, Azərbaycan torpaqlarını işğal edə və bugünlərədək işğalda saxlaya bildi. Sovetlər Birliyinin çöküşü və Batının Qafqaza aşırı ilgisi fonunda, Fransa, ABD kimi ölkələrdəki sturukturlaşmış erməni diaspor və lobbi güclərinin də dəstəyi ilə Ermənistan yeni imkanlar əldə etdi. Bu imkanlarla soyqırım aktları törətdi, 1 milyon soydaşımızı didərgin saldı, xaricdəki erməniləri Qarabağa köçürdü, bizim yeraltı, yerüstü sərvətlərimizi istismar etdi, toponimləri dəyişdirdi, mədəniyyət abidələrimizi, məzarlıqları taladı, camelərə donuz dol-durdu… Bunları deyərkən, keçmiş Sovetlər Birliyinin qalıqları üzərində yüksəlmək istəyənlərin, yeni Rusiyanın bir çox dairələrinin Ermənistana o vaxtkı davamlı hərbi dəstəyini də unut¬ma-malıyıq. Bir də, dünyanın dörd tərəfindən ASALA, PKK və b. terror təşkilatı mənsublarının soydaşlarımızın qətlində, öz evindən qovulmasında bədnam xidmətləri danılmazıdır. İndi diq-qət edin ki, bir bu qədər hüquqtanımazlıq, vandallıq müqabilində ATƏT-in Minsk Qrupu üç-lüsü (ABD, Rusiya, Fransa), digər bir çox dövlətlər, qurum və quruluşlar işğalçı ilə işğala məruz qalanı eyni tutmaqdaydı. – 30 ilə yaxındır işğal altında tutulan Azərbaycan torpaqlarının öz həqiqi sahiblərinə qaytarılması üçün olumlu bir addım atılmamışdır. Belə olan halda Azər-baycan uzun, yorucu, səmərəsiz sülh danışıqları yolu ilə əldə edə bilmədiyi sonucu, müzəffər ordumuz vasitəsi ilə gerçəkləşdirməyə başladı. Azərbaycanı öz məşru haqlarını istifadə etməyə də, məhz Ermənistan, Baş nazir Paşinyan təhrik etdi.

Hərbi, siyasi təhriketmələri hədd-hüdud tanımayan Paşinyan gah Şuşaya qanunsuz səfərlər etdi, gah Xankəndində “Qarabağ Ermə¬nistandır. Nöqtə” dedi, gah Tovuzda dövlət sərhəddini pozdu, generalımızı, albayımızı – top¬lam, 12 hərbçimizi şəhid etdi, ardınca, Goranboya diversiya dəstəsi göndərdi və nəhayət,  27 eylül bazar günü, səhər saat 06.00-da Qarabağda növbəti hücu¬ma başladı. Belə olunca, əks-həmlə şərt oldu və hızlı irəliləyən Azərbaycan ordusu düşməni darmadağın etdi.

Belə olunca, bizim haqlı davamızda yanımızda olan qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi əvəzsidir.

Ali Baş Komutan, sayın İlham Əliyevin Türkiyə haqqında, Azərbaycan-Türkiyə münasibətləri haqqında fikirləri yuxarıda vurğuladığımız məqamlar baxımından xüsusi önəm ərz edir.

Türkiyə hər zaman olduğu kimi, bugünlərdə də birmənalı şəkildə Azərbaycanın yanındadır. Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın tarixi açıqlamaları, Türkiyə Müdafiə naziri, Xarici işlər naziri, digər rəsmlər – hamısı, sözün ən ülvi çaları ilə Azərbaycan deyir, Azərbaycan eşidirlər. Bugün Türkiyə-Azərbaycan münasibətləri əcdadlarımızın ruhunu şad edir, gələcək nəsillər üçün mükəmməl örnək təşkil edir. Türkiyənin kamil qardaşlıq dəstəyi Azərbaycana zədəli, müəmmalı və yaxud suallı münasibət (münasibətsizlik) içində olan bəzi dövlətlər üçün çəkindirici faktordur. – Sayın Cümhurbaşqanımızın sözləri mövcud durumu güzgü kimi gös¬tərir: Tür¬kiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə yeni coğ¬rafiyada çox önəmli sabitləşdirici rol oynayır. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu toq¬quşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar.

Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın ya-nındadır, bəlkə burada vəziyyət qarışardı. Bəlkə başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.”

Türkiyədən hərbi texnika almağımızla bağlı bugünlərdə Azərbaycan Cümhurbaşqanı ilə reportaj yapan bütün xarici TV əməkdaşları soru sorur. “Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Doğu Avropa ölkələrindən, o cümlədən Türki¬yədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var”. – Azərbaycan dövlət başçısının bu konkret cavabı, bütün maraqlı tərəflərə ün-vanlanıb. Və sayın Cümhurbaşqanımızın cavabı bizi “ittiham” edən bütün tərəfləri silah aldı-ğımız ölkələrin ardıcıllığına diqqətə dəvət edir: Rusiya, İsrail, Belarus, İran, Ukrayna, Doğu Avropa ölkələri… Yalnız Türkiyəni qabartmaqla bizi çəkindirəcəklərinimi düşünürlər? Unu-durlar ki Türkiyə-Azərbaycan münasibətlərində, kim¬lərinsə həmləsi, cəhdi, “ittiham”ı və s. ilə geri addım atılması qayət mümkünsüzdür! İşə baxın: Ermənistan Azərbaycan torpaqlarını işğal etsin, uzun illər istismar etsin, ona “gözün üstə qaşın var” deməsinlər, ona silah-sursat gön¬dər-sinlər, biz öz məşru haqlarımıza uyğun addım atınca isə “ittiham” edilirik. Bunu qəbul etmək olarmı!? Əsla, yox!

Beləliklə, biz əminik ki, bu gün olduğu kimi, gələcəkdə də Türkiyə ilə, Azərbaycan ilə hesab-laşacaqlar. Bu bölgəni, bizim min illərdir yaşa¬dığımız, yaratdığımız, qoruduğumuz mədəniyyət iqlimini sünii şəkildə, əsilsiz iddialarla  dəyiş¬dirmək, qaralamaq mümkün olmayacaq.

Nəinki iç məsələmizi, bölgəyə aid məsələləri bizimlə razılaşdırmaq, bizi dinləmək artıq qaçınılmaz şərt olur.

Türkiyə-Azərbaycan birliyi nə qədər möhkəm olacaqsa, bundan yalnız iki qardaş ölkə deyil, bütün bölgə ölkələri, xalqları yarar¬lanacaq. Çünki biz istirmarçı deyilik, başqasına aid olanlara sayğılıyıq, özgə dəyərlərə qarşı dözümlüyük, insancılıq, xeyirxahıq.

Bəli, Ermənistan kimi haydut dövlətdən nə rəzillik desən gözləmək olar. Ona görə də, öz gücünə, öz etibarına arxalanan ölkəmizdə dövlət-xalq birliyinin növbəti zirvə hadisəsinə şa-hidlik etməyimiz qürurvericidir. Artıq Azərbaycan tam başqa bir ölkədir! Müstəqillik şəraitində yetişimiş yeni nəsillər öz vətənpərvərliyi, mənəvi, fiziki imkanları və bütün imkanlarından, hüquqlarından Vətən naminə keçməklə örnəkdir. “Namusunu hifz etməyə, bayrağını yüksəl-tməyə” cümlə gənclərin müştaq olduğu Vətənimizin yaşlı nəsli də bu gün tam başqa bir dün-yagörüşə malikdir. – Hamı idrak edir ki güclü dövlətimiz, güclü ordumuz, güclü qardaşımız var!

AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİDİR, SARSILMAZDIR!

Qənirə PAŞAYEVA

Millət vəkili,

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

  • Site İçi Yorumlar

En az 10 karakter gerekli

Gönderdiğiniz yorum moderasyon ekibi tarafından incelendikten sonra yayınlanacaktır.